Lyrics by Üzeyir Mehdizade

Uzeyir Mehdizade

Tək döyüşəcəm • 2022

Söyləmərəm heç kimə bir söz
Kim nə istəyir onu etsin
Sadəcə əl çəkin canimdan
Münasibətlər daha bitsin

Məsləhətlər özünüzə qalsın
Əhtiyacım yoxdur sizlərə
Dərdimizə şərik çıxanlar
Əksinə dərd verdi bizlərə

Yüküm daşınmaz belə olsa
İstəmərəm kömək birindən
Məcbur olub uzaqlaşırsan
Qırıldısa ürək birindən

Mübarizəm var qararım var
Bu yoldan dönən deyiləm mən
Allahın izini ilə qalxacam
Zirvədən enən deyiləm mən

Mənə dəyməyin nə olar
Daha tək döyüşəcəm mən
Döyüş alınma yazılıb
Taqətdən düşəcəm mən

Sizi üzmüyəcəm mən
Daha tək gedəcəm mən
Yükü tək çəkəcəm mən
Daha tək döyüşəcəm mən

Ömürümün sonunacan
Belə yorulanacan
Dünyadan ayrılanacan
Daha tək döyüşəcəm mən

Sizi üzmüyəcəm mən
İncitmiyəcəm mən
Mənə dəyməyin nə olar
Daha tək döyüşəcəm mən

Haqqımı tapdalyan adamlar
Hazır olun cavab verməyə
Heç mi düşünmədiz mi bir gün
Gələrsiniz hesab verməyə

Bu günə qədər susub dayandım
Siz məni qorxaq mı bildimiz
Bundan istifadə etdiniz
Ürəyimi yumuşaq mı bildiniz

Yaxın buraxmaram heç kimi
Bir daha işlərimə qarışsın
Hər kəs öz həyatnı düşünsün
Mənimdə yoxluğuma alışsın

Yanımda kimsə lazım deyil
Gərək mübarizəm tək olsun
Bu yolda Allah demişəm mən
Tək mənə Allah kömək olsun

Mənə dəyməyin nə olar
Daha tək döyüşəcəm mən
Döyüş alınma yazılıb
Taqətdən düşəcəm mən

Sizi üzmüyəcəm mən
Daha tək gedəcəm mən
Yükü tək çəkəcəm mən
Daha tək döyüşəcəm mən

Ömürümün sonunacan
Belə yorulanacan
Dünyadan ayrılanacan
Daha tək döyüşəcəm mən

Sizi üzmüyəcəm mən
İncitmiyəcəm mən
Mənə dəyməyin nə olar
Daha tək döyüşəcəm mən