Lyrics by Üzeyir Mehdizade

Uzeyir Mehdizade

Dağlar ağlar • 2023

Biz ayrılan günüsü yağdı yağış əsdi külək
Yer göy ağladı nədənsə boşalmadı daş ürək
Mənim nələr çəkdiyimi zərrə qədər bilmədin
Dedim ki, bəlkə gələrsən amma sən gəlmədin
Mənim nələr çəkdiyimi zərrə qədər bilmədin
Dedim ki, bəlkə gələrsən amma sən gəlmədin

Dağlar ağlar mənim dərdimə yar
Ağlar, ağlar mənim dərdimə yar
Amma sən ağlamağı bacarmadın
Dağlar ağlar mənim dərdimə yar (2x)

Yazığı gəlməyənlərin də yazığı gəldi
Elə hallara düşdüm ki, bütün dünya bildi
Get-gedə göz önündə məhf oluram mən ağla
Yadlar ağlayır dərdimə biraz da sən ağla
Get-gedə göz önündə məhf oluram mən ağla
Yadlar ağlayır dərdimə biraz da sən ağla

Dağlar ağlar mənim dərdimə yar
Ağlar, ağlar mənim dərdimə yar
Amma sən ağlamağı bacarmadın
Dağlar ağlar mənim dərdimə yar (2x)

Daha taqətim qalmayıb inan artıq ölürəm
Peşman olub qayıdacağını da yaxşı bilirəm
Qışqırıb qəbrimin üstündə gəlib ağlama
Mən öləndən sonra neynirəm ürək dağlama
Qışqırıb qəbrimin üstündə gəlib ağlama
Mən öləndən sonra neynirəm ürək dağlama

Dağlar ağlar mənim dərdimə yar
Ağlar, ağlar mənim dərdimə yar
Amma sən ağlamağı bacarmadın
Dağlar ağlar mənim dərdimə yar (2x)