Lyrics by Üzeyir Mehdizade

Uzeyir Mehdizade

Hara gedirsən • 2024

Dayan ömrüm dayan denən hara gedirsən
Məni bu cür tənha qoyub çox incidirsən
Gözlərimə inanmıram nələr edirsən
Dayan görüm dayan denən hara gedirsən

Sənin üçün ölən mənəm
Hara getsən gələn mənəm
Qədrinidə bilən mənəm
Üzünədə gülən mənəm
Sənə xoş olmayan nə var
Hamısını silən mənəm

Hər an ürəyincə olsun
Sənə xoş söz söyləmişəm
Sənin üçün ürəyimdən
Gələnləri eyləmişəm
Getməyinə səbəb də yox
Getmək üçün neyləmişəm

Dayan ömrüm dayan denən hara gedirsən
Məni bu cür tənha qoyub çox incidirsən
Gözlərimə inanmıram nələr edirsən
Dayan görüm dayan denən hara gedirsən

Sənə verdiyim sözlərin
Üstündə mən dayanmışam
Dediyini eyləmişəm
Denən nə vaxt yubanmışam
Hər an sənə güvənmişəm
Hər an sənə inanmışam

Son zamanlar görünürdü
Məndən özünü soyutmusan
Necə vaxtdır getməyini
Demə fikrinda tutmusan
Mənə nə sözlər vermişdin
Hamısını unutmusan

Dayan ömrüm dayan denən hara gedirsən
Məni bu cür tənha qoyub çox incidirsən
Gözlərimə inanmıram nələr edirsən
Dayan görüm dayan denən hara gedirsən